Merts: “Avropa İttifaqının birliyini yalnız kansler təmin edə bilər”
Dünya
30.08.2025 16:50
Almaniya kansleri Fridrix Merts bildirib ki, Avropa İttifaqını (Aİ) Ukrayna münaqişəsində yalnız Almaniya kansleri bir araya gətirə bilər, digərləri bu işi görə bilməz.
TodayPress TV xəbər verir ki, bu barədə o, Şimali Reyn-Vestfaliya Kristian Demokrat İttifaqının (CDU) Bonn şəhərində keçirilən konqresində danışarkən bildirib.
“Əgər Almaniya kansleri Avropalıları bir arada saxlamaq, xüsusilə müharibə və sülh kimi önəmli məsələlərdə Avropa səviyyəsində birliyi təmin etməsə, bu işi Avropada da kimsə edə bilməz”.
O əlavə edib ki, əgər Almaniya bu məsuliyyəti daşımağa hazırdırsa və Avropa vahid qalarsa, beləcə “dərdlərimiz eşidilər və öz maraqlarımızı təbliğ edə bilərik”.
Eyni zamanda Merts qeyd edib ki, əgər Almaniya defansa (ümumi daxili məhsulun 3,5%-i) və infrastruktur kimi vacib sahələrə (1,5%) ayrılan xərclər daxil olmaqla, bu istiqamətdə liderlik etməsəydi, bu il Haaqada keçirilən NATO zirvəsi onun son zirvəsi olardı:
“Artıq yeni NATO dövrüdür; biz müdafiə siyasətimizdə yeni yol üzrə irəliləyirik”.
Töhfə Səməd
tag: Almaniya,Kansler,Fridrix Merts,Ukrayna,Rusiya ,todaypress.tv,