Mask administrasiyadan ayrıldı: Trampla münasibətlər necə olacaq?
Dünya
30.05.2025 10:35
Sahibkar İlon Mask Ağ Evdə hökumət fəaliyyətinin səmərəliliyinin artırılması üzrə qurum (DOGE) üzərində nəzarət missiyasını başa vurduqdan sonra da ABŞ prezidenti Donald Trampın dostu və məsləhətçisi olaraq qalacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "CBS News" telekanalı prezident administrasiyasındakı yüksək vəzifəli məmura istinadən məlumat yayıb.
“Mask Ağ Evi yaxşı notlarla tərk etdi və hələ də prezidentin dostudur. Bu, onun üçün vida yox, sadəcə özəl sektora qayıdışdır”, – deyə adı açıqlanmayan rəsmi bildirib.
Ağ Ev rəsmisi əlavə edib ki, indi Maskı Trampın müşaviri adlandırmaq olar.
Qeyd edək ki, bundan əvvəl Mask sosial şəbəkə “X”da paylaşım edərək, hökumətdə xüsusi xidmət müddətinin başa çatdığını qeyd etmiş və DOGE-un rolunun gələcəkdə daha da artacağına inamını ifadə etmişdi.
Töhfə Səməd
tag: Sahibkar ,İlon Mask,Ağ Ev,DOGE,ABŞ ,Donald Tramp,todaypress.tv,