Malayziyada Çin-ABŞ ticarət danışıqları başladı
Dünya
25.10.2025 09:00
Malayziyanın paytaxtı Kuala-Lumpurda Çin ilə ABŞ arasında ticarət mübahisələrinə dair yüksəksəviyyəli danışıqların növbəti raundu başlayıb.
TodayPress TV xəbər verir ki, danışıqlarda Çin heyətinə Baş nazirin müavini Hı Lifen rəhbərlik edir. ABŞ heyətinə isə maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymison Qrir rəhbərlik edir.
Çinin Kommersiya Nazirliyinin görüşə dair 2 gün əvvəl yaydığı açıqlamada deyilir ki, tərəflər iki ölkə liderlərinin telefon danışıqları zamanı əldə etdikləri mühüm konsensusa uyğun olaraq Çin-ABŞ iqtisadi və ticarət əlaqələrinin vacib məsələləri ilə bağlı məsləhətləşmələr aparacaqlar.
Qeyd edək ki, Kuala-Lumpur danışıqları Çin və ABŞ liderlərinin oktyabrın 30-da Cənubi Koreyada keçiriləcək görüşü ərəfəsində keçirilir.
tag: Malayziya,Çin,ABŞ,Ticarət,Todaypress.tv,
