AP: Putin-Tramp görüşü hərbi əməliyyatların dayandırılacağına zəmanət vermir
Dünya
07.08.2025 09:56
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin mümkün görüşü Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri əhəmiyyətli mərhələ ola bilər, lakin bu, hərbi əməliyyatların dayandırılacağına zəmanət vermir.
TodayPress TV xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Qeyd olunur ki, bu, Trampın ABŞ prezidenti kimi yeni müddətə başladıqdan sonra Putinlə ilk görüşü olacaq.
“Bu, artıq üçüncü ilə keçmiş müharibənin əlamətdar nöqtəsi olacaq. Lakin Rusiya və Ukraynanın mövqeləri hələ də kəskin fərqləndiyi üçün bu görüşün hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracağına heç bir təminat yoxdur”, – deyə agentliyin məqaləsində bildirilir.
Qiymət Mahir
tag: ABŞ ,Rusiya,Donald Tramp ,Vladimir Putin,Ukrayna,Todaypress.tv,