Malayziya kralı Rusiyaya dövlət səfərinə gəlir

Malayziya kralı Rusiyaya dövlət səfərinə gəlir
16.07.2025 11:02 Dünya

Malayziya kralı İbrahim ibn Sultan İskəndər avqust ayında Rusiyaya dövlət səfəri edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə “The Star” qəzeti məlumat yayıb.

Səfərlə bağlı brifinq Kualalumpurdakı İstana Neqara sarayında – kralın rəsmi iqamətgahında keçirilib. Tədbirdə Rusiyanın Malayziyadakı səfiri Nail Latipov da iştirak edib.

Xatırladaq ki, bu ilin may ayında Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Malayziyanın Baş naziri Anvar İbrahim arasında danışıqlar baş tutmuşdu. Görüşdə təhsil, ərzaq təhlükəsizliyi, texnologiya və müdafiə məsələləri müzakirə olunmuşdu.

Qiymət Mahir

XƏBƏR LENTİ
09 IYUN 2026
Bütün Xəbərlər