Makron Rusiyanı sanksiya ilə hədələdi
Dünya
19.08.2025 10:35
Fransa Prezidenti Emmanuel Makron Rusiyaya qarşı yeni sanksiyaların tətbiq oluna biləcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “NBC”yə müsahibəsində bildirib.
Fransa lideri vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin ikitərəfli görüşü nəticəsiz qalarsa, sanksiya təzyiqləri gücləndiriləcək:
“Əgər ABŞ Prezidenti Donald Trampın elan etdiyi Putin-Zelenski görüşündə irəliləyiş əldə olunmasa, üçtərəfli format uğursuz olarsa və ya Rusiya sülh yanaşmasını nümayiş etdirməzsə, biz ikinci dərəcəli məhdudiyyətlər də daxil olmaqla sanksiyaları sərtləşdirməli olacağıq”, - deyə Makron vurğulayıb.
O həmçinin Rusiyanın hazırda münaqişənin həllinə maraqlı görünmədiyini deyib və bu məsələdə “çox pessimist” ola biləcəyini etiraf edib.
Aysel Mətləb
tag: Emmanuel Makron,Vladimir Putin,Volodimir Zelenski,Sanksiya,Todaypress.tv,