Madaqaskara yeni baş nazir təyin edildi
Dünya
21.10.2025 02:22
Madaqaskarın müvəqqəti prezidenti Maykl Randrianirina keçid mərhələsində hökumətə rəhbərlik edəcək şəxsi müəyyənləşdirib.
TodayPress TV-nin “Reuters”-ə istinadla verdiyi məlumata görə, bu addım ölkədə son günlər yaşanan siyasi dəyişikliklərin davamı kimi qiymətləndirilir.
O, baş nazir vəzifəsinə iş adamı Herintsalama Radzaunarivelunun təyinatı barədə qərar verib.
Bir müddət əvvəl polkovnik Randrianiranın başçılıq etdiyi hərbi qüvvələr etirazçı gənclərin tərəfini tutaraq hakimiyyəti öz əllərinə aldıqlarını açıqlamışdılar. Onlar həmçinin mövcud hökumət strukturlarını ləğv etdiklərini bəyan etmişdilər.
Bundan əvvəl, oktyabrın 13-də, Madaqaskarın keçmiş prezidenti Andri Radzuelina Fransanın hərbi təyyarəsi ilə ölkəni tərk etmişdi.
Aynur TAC
tag: Madaqaskar,Maykl Randrianirin, Keçid Dövrü,Herintsalama Radzaunarivelun, todaypress.tv,
