Lukaşenko qiymət artımını qadağan etdi
Dünya
06.10.2025 20:40
Belarus Prezidenti Aleksandr Lukaşenko oktyabrın 6-dan ölkədə qiymət artımına tam qadağa qoyulması barədə göstəriş verib.
TodayPress TV xəbər verir ki, o bu qərarını həddən artıq inflyasiya ilə əsaslandırıb.
Bildirilib ki, istisnalar yalnız antiinhisar tənzimləmə və ticarət nazirinin və ya rayon icraiyyə komitəsinin sədrinin fərdi qərarı ilə mümkündür.
"Oktyabrın 6-dan bütün qiymət artımları qadağandır. Qadağan edilib! Bu gündən. Sabah yox, bu gündən. Ona görə də bu gündən etibarən qiymət artımı qadağandır. Allah eləməsin ki, kimsə hər hansı uçotu, hesablamaları, yenidən hesablamaları geri tarixdə versin", - Lukaşenko hökumətin iqtisadi blokla görüşündə bildirib.
Prezident vurğulayıb ki, bu cür qərarı vermək məcburiyyətində qalıb, çünki ölkədə qiymətlər çox yüksək olub.
tag: Belarus,Aleksandr Lukaşenko, Qiymət, Artım, todaypress.tv,
