Lukaşenko Putinlə son danışıqlarından danışdı

Dünya

27.09.2025 15:41

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqları zamanı mövcud siyasi şəraitdə birgə hərəkətlər və addımlar müzakirə olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.

"Biz düşünürdük ki, bu çətin vaxtlarda necə sağ qala bilərik. Dünya bölünüb, bizi parçalayırlar: bu mənimdir, o mənimdir, bizi boğmağa başlayırlar. Bizi tək qoymayacaqlar. Mən də sizi işləməyə inandırmalıyam”, - Lukaşenko bildirib.

Qeyd edək ki, Putin və Lukaşenko sentyabrın 26-da Kremldə danışıqlar aparıblar. Dövlət başçıları Belarus-Rusiya münasibətlərinin inkişafı, regiondakı vəziyyəti və beynəlxalq gündəmi müzakirə ediblər. Prezidentlər Belarusun ikinci atom elektrik stansiyasının tikintisinə də toxunublar.

Orxan Saffari

TodayPress TV

tag: Belarus,Lukaşenko,Putin,Görüş,Todaypress.tv,