Lukaşenko İran prezidentinə: “Mübarizənizdə tək deyilsiniz”

Dünya

27.06.2025 16:00

Belarus Prezidenti Aleksandr Lukaşenko İran lideri Məsud Pezeşkiyana müraciət edərək bildirib ki, İran İslam Respublikası öz mübarizəsində tək deyil.

TodayPress TV xəbər verir ki, bu barədə Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında çıxışı zamanı deyib.

“Cənab Prezident, istəyirəm bilin ki, siz bu müqavimətdə tək deyilsiniz”, - deyə Belarus lideri vurğulayıb.

Bu bəyanat Lukaşenkonun sammitdə yayımlanan Pezeşkiyanın videomüraciətinə cavabı olub. O, çıxışında xatırladıb ki, İran prezidenti Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi dövlətin lideri kimi ilk dəfə iştirak etməli idi, lakin Yaxın Şərqdəki münaqişənin kəskinləşməsi səbəbindən sammitə qatıla bilməyib.

Töhfə Səməd 

tag: Belarus,Lukaşenko,İran,Pezeşkian,Yaxın Şərq,Todaypress.tv,