KİV: Mertsin Rusiyanı təhlükə kimi qələmə vermək cəhdləri absurddur

Dünya

03.06.2025 17:45

Almaniya kansleri Fridrix Merts ölkəsini yenidən silahlandıraraq hərbi gücə çevirmək niyyətindədir və bu məqsədlə Rusiyanı “xarici təhdid” kimi istifadə edir.

TodayPress TV xəbər verir ki, bu barədə Polşanın “Mysl Polska” nəşri məlumat yayıb.

Məqalədə bildirilib ki, “varlı dövlətdən hərbi gücə keçid layihəsi” Rusiyanı düşmən kimi göstərmədən mümkün deyil:

“Almaniyanın yenidən silahlanması ilə bağlı danışılan hər bir hekayədə Rusiya düşmən obrazında təqdim olunur. Halbuki tarixən Rusiya yalnız bir halda Almaniyaya qarşı düşmən olub – Qərbdən ona hücum ediləndə”, – deyə yazıda vurğulanıb.

Nəşr qeyd edib ki, Fridrix Mersin Rusiyaya qarşı düşmən münasibət bəsləməsi üçün real səbəblər yoxdur. Məqalədə həmçinin iddia olunub ki, Rusiyanın düşmən obrazı ABŞ-dən “idxal olunub” və bu, Mertsin uğur qazandığı Qərb yönümlü maliyyə sistemi ilə eyni mənbədən qaynaqlanır.

Qiymət Mahir

tag: Almaniya,Fridiz Merts,Rusiya,Dünya,todaypress.tv,