Kim Çen In Rusiyanı dəstəkləməyə davam edəcək
Dünya
05.06.2025 09:53
Şimali Koreya lideri Kim Çen In Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə Pxenyanın Ukrayna ilə bağlı məsələlərdə və digər beynəlxalq məsələlərdə Rusiya Federasiyasını “qeydsiz-şərtsiz” dəstəkləməyə davam edəcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAK) yayıb. Agentliyin məlumatına görə, Kim Çen In həmçinin Rusiya ilə bağlanmış dövlətlərarası müqavilənin müddəalarını məsuliyyətlə yerinə yetirəcəyini bildirib.
Tərəflər görüş zamanı iki ölkə arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlıq yollarını müzakirə ediblər.
Şoyqu görüş zamanı vurğulayıb ki, Rusiya üçün Koreya xalqının onun tərəfində dayanması çox önəmlidir.
Qiymət Mahir
tag: Ukrayna,KXDR,Şimali Koreya,Rusiya,todaypress.tv,