Kenyadakı etirazlarda ölənlərin sayı 31-ə çatdı

Dünya

09.07.2025 17:25

Kenyada hökumət əleyhinə keçirilən “Saba Saba” aksiyalarında ölənlərin sayı 31-ə yüksəlib. Rəsmi məlumatlara görə, 107 nəfər yaralanıb, 532 nəfər isə saxlanılıb.

TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, Kenya Milli İnsan Hüquqları Komissiyası (KNCHR) polisin şəhərdə silahlanmış qruplarla əməkdaşlıq etdiyini bildirərək, bütün tərəfləri — polis, mülki şəxslər və digər iştirakçıları — insan hüquqlarının pozulmasına görə cavabdehlik daşımağa çağırıb:

“Bütün insan hüquqları pozuntularını qəti şəkildə pisləyirik. Hesabatlılıq tələb edirik”.

Kenya Hüquq Cəmiyyəti və Polis İslahatları üzrə İşçi Qrupun birgə yaydığı bəyanatda qeyd olunub ki, məhkəmə qərarlarına zidd olaraq, hərbi avadanlıqlarla silahlanmış, maska taxmış və qeydiyyatsız nəqliyyat vasitələrindən istifadə edən xüsusi polis dəstələri aksiyalara cəlb edilib:

“Bu qüvvələr şəxsiyyətlərini gizlədərək qanunlara zidd fəaliyyət göstərirlər”.

Keniya prezidentinin təyin etdiyi dövlət qurumu — Milli Vəhdət və İnteqrasiya Komissiyası (NCIC) isə siyasətçilərə müraciət edərək etnik gərginliyi artırmamağa çağırıb və polisin nümayişçilərə qarşı “mütənasib olmayan güc” tətbiq etməsini tənqid edib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) da bəyanat yayaraq Kenyadakı zorakılıqlardan dərin narahatlıq keçirdiyini və həlak olanların ailələrinə başsağlığı verdiyini bildirib.

Qiymət Mahir

tag: Kenya,“Saba Saba”,Aksiya,Ölüm,Todaypress.tv,