Kanadanın Baş naziri Zelenski ilə görüşəcək

Kanadanın Baş naziri Zelenski ilə görüşəcək
10.09.2026 08:19 Dünya

Kanadanın Baş naziri Mark Karni sentyabrın 10-da Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Kаrninin dərc olunmuş iş qrafikində bildirilir.

Zelenski həyat yoldaşı ilə birlikdə 9-11 sentyabr tarixlərində Kanadada səfərdə olacaq.

Görüşün Bakı vaxtı ilə 18:00-da başlaması planlaşdırılır.

Karni Zelenski ilə görüşdə müdafiə, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın daha da gücləndirilməsi məsələlərini müzakirə edəcəyini bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər