Kamçatkada Klyuçevskoy vulkanının güclü püskürməsi gözlənilir
Dünya
06.08.2025 11:59
Kamçatka Yarımadasında yerləşən Klyuçevskoy vulkanının növbəti 3 gün ərzində paroksizmal püskürməsi (çox güclü və qəfil püskürmə) baş verə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka şöbəsi “Telegram” kanalında məlumat yayıb.
Alimlərin müşahidələrinə əsasən, 30 iyulda qeydə alınan, 1952-ci ildən bəri bölgədə baş vermiş ən güclü zəlzələdən sonra vulkanik titrəyişin amplitudası iki dəfə artıb. Bu göstəricilər yaxın günlərdə ciddi püskürmə təhlükəsindən xəbər verir.
Mütəxəssislər 2023, 2013 və 1994-cü illərdə baş vermiş paroksizmal püskürmələrlə oxşar ssenarinin təkrarlanacağını istisna etmirlər. Daha əvvəl Vulkanologiya və Seysmologiya İnstitutu Klyuçevskoy ətrafında 2023-cü ildə inşa edilən bəndin dağıldığını bildirmişdi.
Qiymət Mahir
tag: Kamçatka ,Klyuçevskoy,Vulkan,Rusiya ,Todaypress.tv,