Kallas: “Rusiyaya qarşı aydın mövqe sərgiləyirəm, çünki…”

Dünya

19.05.2025 09:27

5

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib ki, o, Rusiyaya qarşı aydın mövqe sərgiləyir, çünki heç kəsin 1940-cı ildə Sovet İttifaqının Estoniyanı işğal etməsindən sonra baş verənlər kimi əzab çəkməsini istəmir. 

TodayPress TV xəbər verir ki, onun sözlərini “Tagesspiegel” nəşri yayıb.

“Sözügedən dövrdə nənəm və babam azad şəraitdə yaşayırdılar. Lakin Sovet İttifaqı 1940-cı ildə Estoniyanı işğal etdikdən sonra onlar bu azadlıqdan məhrum oldular. Mən işğal dövründə doğulmuş nəsilə aidəm” deyə Kallas bildirib.

Onun sözlərinə görə, vəziyyət Sovet İttifaqının dağılmasından sonra dəyişsə də, həmin dövrə dair xatirələr onunla həmişəlik qalacaq. O vurğulayıb ki, siyasətçi kimi Rusiyaya qarşı aydın mövqe tutmasının səbəbi də məhz odur ki, nənə və babasının nəslinə baş verənləri artıq heç kim yaşamamalıdır.

Qiymət Mahir

tag: Avropa İttifaqı,Rusiya,Estoniya,Kaya Kallas,todaypress.tv,