Kallas İranı AEBA ilə əməkdaşlığa səslədi

Dünya

02.09.2025 00:55

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İranı şəffaflığı təmin etməyə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) tam əməkdaşlığa çağırıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"İranın şəffaf olması və AEBA ilə tam əməkdaşlığı həyati əhəmiyyət kəsb edir. İranın nüvə problemi ilə bağlı diplomatiya pəncərəsi hələ də açıqdır və Aİ öz töhfəsini verməyə hazırdır. Bu gün mən AEBA-nın direktoru Rafael Qrossi ilə görüşdüm və onun işinə tam dəstəyimizi bir daha bildirdim", - diplomat qeyd edib.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi və AEBA nümayəndələri əməkdaşlığın bərpası ilə bağlı danışıqları davam etdirirlər. İndiyədək iki görüş keçirilib, üçüncü görüş nəzərdə tutulub.

tag: Kaya Kallas,İran,AEBA,Çağırış,Todaypress.tv,