ABŞ konqresmeni: "Trampın siyasətinə həyat yoldaşı təsir edir"

Dünya

22.07.2025 10:21

ABŞ-nin respublikaçı konqresmeni Don Beykon ölkə prezidenti Donald Trampın Ukrayna ilə bağlı ritorikasında baş verən dəyişiklikdə həyat yoldaşı Melaniya Trampın təsirinin ola biləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Hill" qəzeti məlumat yayıb.

"Prezidentin Ukrayna məsələsində mövqeyini dəyişdirməsinə şadam. Düşünürəm ki, bunun üçün Melaniyaya təşəkkür etməliyik", - deyə Beykon açıqlayıb.

Bundan öncə "The Times" qəzeti də yazmışdı ki, Melaniya Tramp həyat yoldaşının Ukraynaya silah tədarükünün bərpasına dair qərarına təsir göstərib.

Lakin ötən həftə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandıran Donald Tramp Melaniyanın Ukrayna münaqişəsində neytral mövqe tutduğunu bildirib. Bununla belə, əlavə edib ki, onun fikirləri Melaniya ilə üst-üstə düşür.

Töhfə Səməd

tag: ABŞ,Don Beykon,Donald Tramp,Ukrayna,Melaniya Tramp,Todaypress.tv,