İsveç və Estoniya arasında məhbus kameralarının icarəsi ilə bağlı razılıq əldə olundu
Dünya
04.06.2025 19:45
İsveç ədliyyə naziri Gunnar Strömmer açıqlama verərək Estoniya ilə 400 məhbus kamerasının icarəyə verilməsi barədə razılıq əldə olunduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.
Razılaşmaya əsasən, gələcəkdə İsveçdə məhkum olunmuş təxminən 600 nəfər cəza müddətini Estoniyanın Tartu şəhərindəki həbsxanada keçirə biləcək. Bu addım İsveçdə həbsxanaların həddindən artıq doluluğunun qarşısını almaq məqsədi daşıyır.
Strömmer Estoniyanı İsveç üçün “önəmli və yaxın tərəfdaş” adlandırıb. Lakin razılaşmanın reallaşdırılması üçün İsveçin mövcud qanunvericiliyində dəyişikliklər edilməlidir. Bu da parlamentdə üçdə dördlük səs çoxluğu tələb edir.
Qeyd edək ki, oxşar təcrübələr daha əvvəl Avropanın digər ölkələrində də tətbiq edilib. Məsələn, Norveç və Belçika əvvəlki illərdə Niderlanddan kamera icarəyə götürüblər, Danimarka isə hazırda məhbusların Kosovoya köçürülməsi istiqamətində hazırlıqlar aparır.
Töhfə Səməd
tag: İsveç ,Estoniya ,Məhbus ,Mübadilə,todaypress.tv,