İstanbulda bələdiyyə rəhbərlərinə qarşı əməliyyat davam edir

Dünya

15.08.2025 10:58

İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) vəzifəsindən uzaqlaşdırılmış sədri Əkrəm İmamoğlunun da adının keçdiyi cinayət işində istintaq davam edir.

TodayPress TV xəbər verir ki, İmamoğlu ilə birlikdə təqsirləndirilən şəxslər barəsində “cinayət təşkilatına rəhbərlik etmək”, “cinayət təşkilatına üzv olmaq”, “irtikap”, “rüşvət”, “dələduzluq”, “şəxsi məlumatları qanunsuz əldə etmək” və “tenderə müdaxilə” maddələri üzrə araşdırma aparılır.

İstintaq çərçivəsində aparılan əməliyyatlarda İBB-yə bağlı Media A.Ş, Kültür A.Ş və digər qurumlarda, eləcə də bir sıra dələduzluq əməliyyatlarında adı keçən 35 şübhəli müəyyən edilib. Onların arasında Beyoğlu bələdiyyə sədri İnan Güney də var. Polis, həmçinin Murat Ongun və qaçaq şübhəli Emrah Bağdatlı ilə əlaqəli 9 nəfəri sosial media üzərindən qurulan şəbəkənin üzvü kimi müəyyən edib.

Ümumilikdə kimliyi təsdiqlənən 44 nəfər haqqında həbs qərarı verilib. Keçirilən eyni vaxtlı əməliyyatlarda, İnan Güney də daxil olmaqla 42 nəfər saxlanılıb.

Qiymət Mahir

tag: İstanbul,Böyükşəhər ,Əkrəm İmamoğlu,Emrah Bağdatlı,Todaypress.tv,