Kreml: Danışıqlarının vaxtı tərəflərin iradəsindən asılıdır

Dünya

04.06.2025 14:33

"Rusiya və Ukrayna arasında növbəti sülh danışıqlarının nə zaman keçiriləcəyi tərəflərin hazır olub-olmamasından asılı olacaq".

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə brifinq zamanı bildirib.

Onun sözlərinə görə, danışıqların müəyyən dövrlərlə keçirilməsi üçün standart və ya sabit dövrilik müəyyənləşdirmək mümkün deyil.

“Görüşlərin tezliyi barədə standart dövri model müəyyən etmək çətindir. Hər şey tərəflərin təmasları davam etdirməyə nə dərəcədə hazır olduğundan asılıdır”, – deyə Peskov vurğulayıb.

Qeyd edək ki, son günlərdə tərəflər arasında vasitəçilərin iştirakı ilə danışıqların bərpası ehtimalı beynəlxalq mediada geniş müzakirə olunur.

Qiymət Mahir

tag: Rusiya,Ukrayna,Dmitri Peskov,Kreml,todaypress.tv,