İsrail Qəzzada hərbi əməliyyatı genişləndirmək istəyir

Dünya

04.08.2025 09:28

İsrail bölgədə qalan israilli girovları azad etmək üçün Qəzza zolağında hərbi əməliyyatını genişləndirə bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “ABC” məlumat yayıb. 

"İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin Qəzza zolağında hərbi əməliyyatını genişləndirməyi və girovları azad etmək üçün hərbi gücdən istifadə etməyi təklif edib", - deyə telekanalın açıqlamasında deyilib. 

Bildirilib ki, İsrail və ABŞ rəsmiləri məsələ ilə bağlı "daimi dialoq" aparırlar. 

Öz növbəsində HƏMAS İsraillə danışıqların davam etdirilməsi üçün ilkin şərt kimi humanitar yardım daşıyan yüzlərlə yük maşınının Qəzza zolağına maneəsiz daxil olmasının vacibliyini bəyan edib. 

Qeyd edək ki, HƏMAS-ın hələ də 20-yə yaxın İsrail vətəndaşını girov saxladığı güman edilir. 

Aysel Mətləb

tag: İsrail,Qəzza,ABŞ,Girov,Todaypress.tv,