İsrail Makronun səfərinə etiraz etdi
Dünya
04.09.2025 23:45
"Fransa Prezidenti Emmanuel Makronun İsrailə səfəri arzuolunmazdır".
TodayPress TV xəbər verir ki, bunu İsrailin Xarici İşlər Naziri Gideon Saar Fransalı həmkarı Jan-Noel Barrotla telefon danışığında bildirib.
Onun sözlərinə görə, Fransa İsrailin təhlükəsizlik maraqlarına zidd addımlar atır.
Saar Parisin Fələstin dövlətini tanımaq planlarını tənqid edərək belə təşəbbüslərin Yaxın Şərqdə vəziyyəti sabitsizləşdirəcəyini və İsrailin milli maraqlarına zərər verəcəyini bildirib. İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə görə, Saar Makronun səfərinin yalnız Fransa İsrailin maraqlarına hörmət etdiyi halda mümkün olduğunu vurğulayıb.
Nazir əlavə edib ki, İsrail Fransa ilə yaxşı münasibətlər saxlamaqda maraqlıdır. Lakin Parisin İsrailin təhlükəsizliyi üçün əsas məsələlərdə mövqeyinə hörmət etməsi vacibdir.
Türkan İsgəndərli
tag: Fransa,Makron,İsrail,Səfər,Todaypress.tv,