Çin kosmosda ABŞ-ni geridə qoymağa hazırlaşır
Dünya
19.09.2025 09:24
“Commercial Space Federation” təşkilatının 16 sentyabr 2025-ci ildə açıqladığı “Redshift” adlı hesabatda xəbərdarlıq edilir ki, Çin qarşıdakı 5–10 ildə ABŞ-ni kosmos sahəsində geridə qoya bilər.
TodayPress TV xəbər verir ki, Pekin artıq “Tiangong” adlı öz kosmik stansiyasını orbitə çıxarıb, insanlı Ay missiyasına hazırlaşır və 2035-ci ilə qədər Ayda baza yaratmağı planlaşdırır.
Hesabatda qeyd olunur ki, ABŞ NASA-nın büdcə kəsintiləri səbəbindən bir sıra layihələrdə ləngiyir. Bu isə Vaşinqtonun uzunmüddətli kosmik hədəflərinə mane olur.
Ekspertlərin sözlərinə görə, Çin artıq bir çox sahədə ABŞ-dən irəlidədir – yeni raketlərin hazırlanması, peyk şəbəkələrinin qurulması, Ayın xəritələşdirilməsi, nümunələrin gətirilməsi və kosmik missiyalar üçün enerji sistemlərinin inkişafı bunlara daxildir.
Hesabatda vurğulanır ki, əgər ABŞ kosmik tədqiqatlara və kommersiya layihələrinə daha çox sərmayə qoymasa, liderliyini tədricən itirə bilər. Ekspertlər bildirirlər ki, yaxın onillik kosmosda güclər balansının dəyişəcəyi ən kritik dövr olacaq.
Qiymət Mahir
tag: Çin,ABŞ,Kosmik,Yarış,Todaypress.tv,