İsrail İranla müharibəyə nə qədər xərcləyir?
Dünya
20.06.2025 14:33
İsrailin İranla mümkün müharibədə çəkdiyi xərclər rekord həddə çatır.
TodayPress TV xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.
Qeyd olunub ki, Raketdən müdafiə sistemləri əsas maliyyət yükünü təşkil edir. Təkcə anti-ballistik raket sistemlərinə gündəlik təqribən 200 milyon dollar vəsait xərclənir.
"Davudun sapandı" (David’s Sling) sistemindən bir atışın qiyməti təqribən 700 min dollardır. Daha inkişaf etmiş "Arrow-3" raketlərinin buraxılışı isə 4 milyon dollara başa gəlir.
Hücum və hava üstünlüyü üçün istifadə edilən "F-35" döyüş təyyarələrinin bir saatlıq uçuşu isə 10 min dollardan çox xərclə müşayiət olunur.
Ekspertlər bildirirlər ki, müharibənin nəticəsində yaranacaq dağıntıların bərpası üçün azı 400 milyon dollar vəsait tələb olunur.
Mənbələrin məlumatına əsasən, İranla bir aylıq hərbi qarşıdurma İsrailə təqribən 12 milyard dollara başa gələ bilər.
Nicat Osman
tag: İsrail,İran,Müharibə,Xərc,Todaypress.tv,