İran XİN: “Zənginləşdirmə yoxdursa, razılaşma da yoxdur”
Dünya
05.06.2025 10:40
İranın xarici işlər naziri Abbas Əraqçi bu gün verdiyi açıqlamada bildirib ki, əgər Birləşmiş Ştatlar Tehranın uranı zənginləşdirmə proqramını tamamilə dayandırmasında israr edərsə, heç bir beynəlxalq razılaşma əldə olunmayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “İSNA” məlumat yayıb.
Nazirin sözlərinə görə, “uranın zənginləşdirilməsindən imtina ilə razılıq baş tutmayacaq. Ancaq nüvə silahından imtina məqsədi daşıyan saziş müzakirə edilə bilər”.
Əraqçi əlavə edib ki, İran xalqı zənginləşdirmə prosesində ağır bədəl ödəyib və bu arzunu həyata keçirən şəxsləri heç vaxt məyus etməyəcək.
Xatırladaq ki, Tehranla Qərb dövlətləri arasında nüvə proqramına dair danışıqlar son aylarda yenidən gündəmə gəlib. İran isə öz nüvə hüquqlarını müdafiə etməkdə israrlıdır.
Nicat Osman
tag: İran,XİN,Nüvə,Açıqlama,Todaypress.tv,