İran “Tramp Marşrutu” layihəsi ilə bağlı mövqeyini açıqladı
Dünya
13.08.2025 11:24
İran xarici işlər naziri Abbas Əraqçi Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla 11 avqustda baş tutan telefon danışığında ABŞ tərəfindən təklif edilən və Ermənistanın cənubundan keçəcək “Tramp Marşrutu” layihəsinin İranın digər tranzit yollarına çıxışına mane olmamalı olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Əraqçi Azərbaycanla imzalanmış sülh sazişinin paraflanmasını alqışlasa da, layihənin bölgənin geosiyasi balansını dəyişməsi və ölkələrin ərazi bütövlüyünə xələl gətirməsi ehtimalından narahatlığını ifadə edib. Onun sözlərinə görə, bu istiqamətdə qəbul edilən hər bir qərar milli suverenlik və ərazi bütövlüyünə hörmət prinsiplərinə uyğun olmalı, regionda sabitlik və təhlükəsizliyi təmin etməlidir.
Qiymət Mahir
tag: İran ,Abbas Əraqçi ,Ermənistan ,XİN,Ararat Mirzoyan,Todaypress.tv,