İran İsrail ərazisində yeni raket hücumlarına başladı

Dünya

22.06.2025 02:00

İran İsrail ərazisindəki hədəflərə qarşı yeni – 19-cu raket zərbələri dalğasına başladığını bəyan edib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Hərbi müşahidəçi" adlı “Telegram” kanalında məlumat verilib.

“İran “Doğru vəd-3” əməliyyatı çərçivəsində İsrail ərazisindəki hədəflərə qarşı 19-cu raket hücumu dalğasının başladığını elan edib”, - deyə məlumatda qeyd olunub.

Bundan əvvəl İsrail Müdafiə Ordusu İranın Bəndər-Abbas şəhərində yerləşən hərbi-dəniz bazasına zərbələr endirmişdi.

Qeyd edək ki, iyunun 20-də İsrail İranın nüvə obyektlərinə də hücum edib. Hücum nəticəsində İsfahan şəhərində yerləşən nüvə obyektində qismən dağıntılar qeydə alınıb. Bununla belə, obyektin ətrafında radiasiya səviyyəsində artım və ya təhlükəli maddələrin sızması müşahidə olunmayıb.

Töhfə Səməd

tag: İran,İsrail,Raket,Hücum,Nüvə,Todaypress.tv,