İndoneziyada Levotobi vulkanı püskürdü

Dünya

29.09.2025 09:35

İndoneziyanın Flores adasında yerləşən Levotobi vulkanı yenidən püskürüb.

TodayPress TV yerli mediaya istinadla xəbər verir ki, vulkan 21-ci dəfə püskürüb.

Məlumata görə, kül və tüstü 1500 metr yüksəkliyə qalxaraq qərb və cənub-qərb istiqamətində yayılıb.

Levotobi vulkanı iki zirvədən ibarətdir. Daha aktiv olan Laki-Laki zirvəsi 1584 metr, digər zirvə Perempuan isə 1703 metr hündürlükdə yerləşir.

Mütəxəssislər yerli sakinləri və turistləri təhlükəsizlik qaydalarına əməl etməyə, maska və respiratorlardan istifadə etməyə çağırıb.

Qeyd edək ki, İndoneziya dünyada ən çox vulkana sahib ölkələrdən biridir. Burada 500-dən çox vulkan var, onlardan 130-u aktiv sayılır. Ölkə Sakit okeanın "Od halqası" adlanan seysmik fəal zonasında yerləşir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Vulkan,İndoneziya,Partlama,Lava,Todaypress.tv,