İndoneziya və Rusiya 2 milyard avroluq platforma yaradacaq
Dünya
20.06.2025 19:45
İndoneziya və Rusiya arasında texnologiya transferini təmin edəcək 2 milyard avro dəyərində investisiya platformasının yaradılması barədə razılıq əldə olunub.
TodayPress TV "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə İndoneziya prezidenti Prabovo Subiantonun Rusiyaya səfəri zamanı imzalanan sənədlərdə qeyd olunub.
“Rusiya–İndoneziya İnvestisiya Platforması” adlanan bu təşəbbüs İndoneziyanın “Danantara” superholdinqi ilə Rusiya Birbaşa İnvestisiya Fondu arasında imzalanıb.
“Birgə innovasiya və imkanların artırılması sayəsində bu platforma sənaye inkişafını sürətləndirmək, rəqabətədavamlı innovasiya ekosistemi formalaşdırmaq və infrastruktur, enerji, qabaqcıl istehsal və qida təhlükəsizliyi kimi strateji sahələrdə texnoloji müstəqilliyi gücləndirməyə xidmət edəcək,” – deyə Danantara rəsmi “Instagram” hesabında bildirib.
İndoneziya prezidentinin mətbuat xidməti isə əlavə edib ki, tərəflər qlobal çağırışlar fonunda ikitərəfli strateji əlaqələri gücləndirməyə sadiqdirlər.
Qiymət Mahir
tag: İndoneziya ,Rusiya ,Platforma,Dünya,Todaypress.tv,