Hindistandakı təyyarə qəzasında 204 nəfər həlak oldu - YENİLƏNDİ2

Dünya

12.06.2025 17:58

Hindistanın qərbində "Air India" təyyarəsinin qəzaya uğradığı yerdə 204 cəsəd tapılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Ölənlər arasında həm qəzaya uğrayan təyyarənin sərnişinləri, həm də ərazidə yaşayan sakinlərdən var.

Töhfə Səməd


***


13:58


Hindistanda təyyarənin qəzaya uğraması nəticəsində azı 133 nəfər ölüb.

***

13:36

Hindistanın "Air India" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Əhmədabad–London reysi zamanı havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "News9" məlumat yayıb.

İlkin məlumatlara görə, təyyarə Qucarat ştatının Əhmədabad hava limanından havaya qalxıb və bir müddət sonra Meqaninaqar bölgəsində, hava limanı yaxınlığındakı yaşayış massivinə düşüb. Qurbanların sayı ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Hadisə yerindən verilən məlumatlara əsasən, təyyarənin yüksək bir ağaca çırpılması qəzanın əsas səbəblərindən biri kimi qiymətləndirilir. Axtarış-xilasetmə işləri davam edir.

Türkan İsgəndərli

tag: Hindistan,Təyyarə,Qəza,Hadisə,todaypress.tv,