Hindistanda musson yağışları fəlakətə səbəb olub: 125 nəfər öldü
Dünya
21.07.2025 13:57
Hindistanın Himaçal Pradeş ştatında 20 iyundan bəri davam edən güclü musson yağışları ciddi insan tələfatına və infrastruktur dağıntılarına yol açıb.
TodayPress TV xəbər verir ki, bu barədə "NDTV" kanalı məlumat yayıb.
Ştatın Fövqəladə Halların İdarə Olunması Mərkəzinin (SDMA) yaydığı açıqlamada bildirilir ki, yağan leysan yağışları nəticəsində baş verən daşqın, torpaq sürüşməsi və qəfil sel hadisələrində azı 70 nəfər həyatını itirib.
Bundan əlavə, həmin təbii fəlakətlərin törətdiyi yol qəzalarında da 55 nəfərin öldüyü qeyd olunub.
Rəsmi məlumata əsasən, yağıntılar nəticəsində 468 avtomobil yolu bağlanıb, 676 su təchizatı şəbəkəsində isə fasilələr yaranıb.
Xatırladaq ki, Cənubi Asiyada hər il iyun-sentyabr aylarında təsirli olan musson yağışları, xüsusilə Hindistanda genişmiqyaslı fəlakətlərə və insan itkilərinə səbəb olur.
Töhfə Səməd
tag: Hindistan,Himaçal Pradeş ,Musson,Yağış,Dağıntı,