Hindistan ABŞ ilə saziş imzalamayacaq

Dünya

24.10.2025 17:32

"Hindistan ABŞ ilə ticarət sazişini tələsik və ya təzyiq altında imzalamaq niyyətində deyil".

TodayPress TV xəbər verir ki, bunu ölkənin ticarət və sənaye naziri Piyuş Goyal Berlin Qlobal Dialoqu konfransında çıxışı zamanı bildirib.

“Biz, əlbəttə ki, ABŞ ilə danışıqlar aparırıq, lakin heç vaxt sazişləri “silah gücü ilə” bağlamırıq", - deyə o qeyd edib.

Nazir, həmçinin ABŞ tərəfindən tətbiq olunan tariflərlə barışdıqlarını və bu səbəbdən yeni bazarlar axtardıqlarını bildirib.

O vurğulayıb ki, ölkə iqtisadiyyatında artan tələbat müşahidə olunur və bu da onun dayanıqlılığını göstərir. Ticarət sazişləri uzunmüddətli münasibətlərə əsaslanır, buna görə də hökumətin məqsədi Hindistan üçün ən əlverişli şərtləri əldə etməkdir.

Bundan əlavə, Goyal qeyd edib ki, "Hindistan Avropa İttifaqı (Aİ) və ya Keniya ilə dostluq edə bilməz" kimi bəyanatları qəbul etmir, çünki Yeni Dehli hansı ölkədən məhsul alacağını özü müəyyənləşdirir.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Hindistan,Saziş,İmza,Todaypress.tv,