Harvard məhkəmədən 2,5 milyard dollar tələb etdi

Dünya

03.06.2025 12:12

Harvard Universiteti ABŞ hökumətinin blokladığı 2,5 milyard dollarlıq maliyyənin bərpa olunması üçün məhkəməyə müraciət edib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Belə ki, universitet federal hakimdən Tramp administrasiyasının qərarının ləğvini istəyir.

Harvard bu maliyyə məhdudiyyətini qanunsuz adlandırıb. May ayının sonunda ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti universiteti antisemitizm və irqi ayrı-seçkiliyə qarşı tədbir görmədiyinə görə 60 milyon dollarlıq qrantlardan da məhrum edib.

ABŞ rəsmisi Kristi Noem əlavə edib ki, Harvard artıq beynəlxalq tələbə qəbul edə bilməz və hazırda orada təhsil alan xarici tələbələr başqa məktəblərə köçürülməlidir. Harvard bu qərara görə Tramp administrasiyasını məhkəməyə verib.

Türkan İsgəndərli

tag: Harvard,Tramp,Maliyyə,Məhkəmə,todaypress.tv,