Gürcüstan Aİ-nin tələblərini şərtlə yerinə yetirəcək

Dünya

02.09.2025 14:40

Gürcüstan hökuməti Avropa İttifaqının bütün tələblərini qəbul etməyə hazır olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, Baş nazir İrakli Kobaxidze bildirib ki, bu şərtlər yalnız əsaslandırılmış və məntiqli olduğu halda yerinə yetiriləcək.

Gürcüstan Xarici İşlər Nazirliyi avqustun 31-də Avropa Komissiyasına tövsiyələrin icrası ilə bağlı hesabat təqdim edib. Qurum iyulun 16-da Tbilisidən viza rejiminin qorunması üçün şərtlərin yerinə yetirilməsinə dair məlumat istəmişdi. Şərtlər arasında “xarici agentlər” haqqında qanunun ləğvi və LGBT təbliğatına qoyulan qadağanın aradan qaldırılması da yer alır.

Kobaxidzenin sözlərinə görə, bəzi tələblər rasional olub və onlar tam icra edilib. Lakin hökumət “məntiqsiz” hesab etdiyi tələbləri qəbul etməyib, çünki onların məqsədi izah olunmayıb. Baş nazir xüsusilə “xarici təsirin şəffaflığı haqqında” və “ailə dəyərlərinin və azyaşlıların qorunması haqqında” qanunlara diqqət çəkib. O, “nə üçün qeyri-şəffaflığın yaxşı sayıldığı və niyə eynicinsli cütlüklərə azyaşlı uşaqları övladlığa götürməyə icazə verilməli olduğu”nun aydın olmadığını vurğulayıb.

Qiymət Mahir

TodayPress TV

tag: Gürcüstan, Avropa İttifaqı,İrakli Kobaxidze,Tbilis,