G7 ölkələri Rusiyaya təzyiqləri artırmaqla hədələyir
Dünya
23.05.2025 10:18
“Böyük yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri birgə bəyanat yayaraq Rusiya atəşkəsə razılaşmadığı təqdirdə ona qarşı təzyiqlərin, o cümlədən sanksiyaların sərtləşdiriləcəyini bəyan ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə “DW” və “AFP” agentlikləri məlumat yayıb.
Nazirlər Rusiyanın Ukraynaya qarşı davam edən hərbi təcavüzünü pisləyib və qeyd ediblər ki, münaqişə dövründə Rusiyanı dəstəkləyən istənilən təşkilat Ukraynanın bərpası üçün nəzərdə tutulan beynəlxalq müqavilələrdən kənarlaşdırılacaq.
G7 rəsmiləri eyni zamanda qlobal iqtisadi siyasətdə qeyri-müəyyənliyin pik nöqtəsinin artıq geridə qaldığını bildiriblər. Onlar bazarların sabitləşdirilməsi və ümumi siyasi hədəflərin reallaşdırılması üçün birgə işləyəcəklərini vurğulayıblar.
Bəyanatda, Çin açıq şəkildə qeyd olunmasa da, bəzilərinin qeyri-bazar siyasət və təcrübələrinin digər ölkələrin iqtisadi təhlükəsizliyinə təsir etdiyi qeyd olunub. Sənəddə bütün oyunçular üçün bərabər şəraitin yaradılması çağırışı da yer alıb.
Qiymət Mahir
tag: G7 ,Rusiya,Ukrayna,“Böyük yeddilik”,todaypress.tv,