FT: Trampın açıqlaması NATO sammitini təhlükə altına qoydu
Dünya
25.06.2025 09:56
ABŞ Prezidenti Donald Trampın NATO-nun 5-ci maddəsi ilə bağlı qeyri-müəyyən açıqlaması alyansın Haaqada keçiriləcək sammitini sual altına salıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti yazıb.
Tramp kollektiv təhlükəsizlik prinsipini nəzərdə tutan 5-ci maddəyə sadiq qalıb-qalmayacağı ilə bağlı suala birbaşa cavab verməyib. O, yalnız “bu, sizin hansı tərifdən istifadə etdiyinizdən asılıdır” deməklə kifayətlənib.
Qəzetin yazdığına görə, sammitin taleyi Trampın qərarından asılıdır.
“Sammit Trampın verəcəyi qərardan asılıdır. Biz hamımız burda oturub gözləyirik ki, o bizə Avropanı müdafiə edib-etməyəcəyini desin”, – deyə FT-yə danışan mənbələrdən biri bildirib.
Qeyd edək ki, NATO-nun 5-ci maddəsi üzv dövlətlərdən birinə edilən hücumun bütün alyansa edilmiş sayılmasını nəzərdə tutur.
Qiymət Mahir
tag: ABŞ,Donald Tramp,NATO,Alyans,Todaypress.tv,