Paşinyan və Quterreş Ermənistan-Azərbaycan sülh sazişi ilə bağlı fikir mübadiləsi apardılar

Dünya

28.09.2025 11:01

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

TodayPress TV xəbər verir ki, məlumata görə, görüş zamanı tərəflər 8 avqust 2024-cü ildə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasının əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, bu addım Cənubi Qafqazda sabitliyə və regional əməkdaşlığın dərinləşməsinə ciddi töhfə verə bilər.

Paşinyan və Quterreş, həmçinin 2026-cı il 18–30 oktyabr tarixlərində Ermənistanda təşkil olunacaq BMT-nin Bioloji Müxtəliflik üzrə 17-ci Konfransının hazırlıq prosesi və bu sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də ətraflı şəkildə nəzərdən keçirilib.

Jalə Rövşən

TodayPress TV

tag: Antonio Quterreş,Nikol Paşinyan,BMT,TodayPressTV,