Fransada iki böyük bankın ödəniş sistemləri sıradan çıxdı

Dünya

31.08.2025 13:30

Fransada ölkənin 14 milyona yaxın sakininə xidmət göstərən iki iri bankın ödəniş sistemlərində nasazlıq yaranıb

TodayPress TV xəbər verir ki, bu barədə “Le Parisien” nəşri yazıb.

Belə ki, bir gün əvvəl “Credit mutuel” və CIC müştəriləri kredit kartları ilə alış-veriş edə və nağd pul çıxara bilməyiblər. Birinci bank problemləri qurumun İT departamentinin əməkdaşları tərəfindən tez bir zamanda aşkar edilərək aradan qaldırılan “daxili nasazlıq” kimi izah edib. Mənbə bildirib ki, çətinliklər kompüterin yenilənməsindən sonra yaranıb.

“Downdetector” portalının məlumatına görə, “Credit mutuel” müştərilərindən 5000-dən çox, CIC-dən isə 3000-dən bir qədər az şikayət daxil olub. Bəzi müştərilər ödəyə bilmədiyi ərzaqları supermarketdə tərk etməli olublar.

tag: “Credit mutuel”,CIC ,Fransa,Bank,Todaypress.tv,