Fransa və Belçika niyə Rusiya qazına embarqo qoymaq istəmir?
Dünya
04.06.2025 16:35
“Fransa və Belçikanın Avropa İttifaqında Rusiya qazına qadağa qoyulması təşəbbüsünü dəstəkləməməsinin səbəbi iqtisadi maraqlarla bağlıdır”.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Enerji Təhlükəsizliyi Fondunun baş analitiki İqor Yuşkov “Tsargrad.tv”yə müsahibəsində bildirib.
Ekspertin fikrincə, Rusiya mənşəli mayeləşdirilmiş təbii qaz (LNG) idxalına qadağa tətbiq olunsa, bu, Avropa bazarında qaz çatışmazlığına və qiymətlərin artmasına səbəb ola bilər.
“Onlar deyirlər ki, guya Rusiyaya təzyiq göstərmək istəyirlər, qazdan imtina edirlər ki, Rusiya dövlət olaraq pul qazanmasın. Amma Rusiya LNG-dən elə də ciddi gəlir götürmür. Nəticədə, özlərinə zərbə vururlar, qiymətlər artır, Rusiyaya isə bu, heç bir ciddi təsir göstərmir”, – deyə Yuşkov qeyd edib.
Qiymət Mahir
tag: Fransa,Belçika,Avropa İttifaqı,Rusiya,todaypress.tv,