Fransa DİN: İran Fransada narkotik qaçaqçıları vasitəsilə fəaliyyət göstərib
Dünya
23.06.2025 01:00
Fransanın daxili işlər naziri Brünon Retayo bildirib ki, İran əvvəllər Fransada fəaliyyətlərini həyata keçirmək üçün vasitəçilər, xüsusilə narkotik qaçaqçıları ilə əməkdaşlıq edib və bu üsula yenidən əl atması mümkündür.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
“İran çox vaxt narkotik alverçiləri ilə əlaqəli olan vasitəçilərdən istifadə edir. Onlar tanımadıqları insanlarla müqavilə bağyayıb iş görürlər, lakin bu müqavilənin İran ilə bağlı olduğundan xəbərləri olmurlar. Bu, İranın bizim ərazimizdə istifadə etdiyi üsuldur”, - deyə Retayo bildirib.
Qeyd edək ki, ABŞ-nin İranın nüvə obyektlərinə gecə saatlarında endirdiyi zərbələrdən sonra Fransada təhlükəsizlik tədbirləri gücləndirilib.
Töhfə Səməd
tag: Fransa,DİN,Brünon Retayo,İran,Narkotik,todaypress.tv,