Rubio: "Rusiya ilə bağlı tələbləri qəbul etmək və ya rədd etmək Ukraynanın işidir"
Dünya
17.08.2025 22:15
ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Rusiya tərəfindən irəli sürülən tələbləri qəbul etmək və ya rədd etmək səlahiyyəti yalnız Ukraynaya məxsusdur.
TodayPress TV xəbər verir ki, Rubio bu barədə “ABC” telekanalına müsahibəsində danışıb.
O qeyd edib:
“Heç vaxt deməmişik ki, görüş nəticəsində razılaşma əldə olunacaq, çünki həmin müzakirələrdə ukraynalılar iştirak etmirdilər”.
Dövlət katibinin sözlərinə görə, ABŞ və Qərb ölkələri Ukrayna müharibəsində tərəf deyil, çünki qarşıdurma Rusiya ilə Ukrayna arasında gedir, Amerika ilə yox. Rubio əlavə edib ki, mövcud şərtlər daxilində sülh sazişinin əldə olunmaması ehtimalı qalmaqdadır.
O, həmçinin vurğulayıb ki, ABŞ Rusiyaya qarşı sanksiya tətbiq etmək istəmir, çünki bu addım danışıqların tamamilə dayanması demək olardı. Onun sözlərinə görə, sanksiyalar tərəfləri danışıqlar masasına əyləşdirmək imkanını kəskin şəkildə azaldacaq.
Qiymət Mahir
tag: ABŞ,Qərb ,Ukrayna ,Rusiya,Todaypress.tv,