Fon der Lyayen Ukraynanın yeni Baş nazirini dəstəklədi
Dünya
17.07.2025 14:04
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukraynanın yeni Baş naziri Yuliya Svıridenkonu təbrik edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Hörmətli Yuliya Svıridenko, Ukraynanın Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə sizi təbrik edirəm. Siz ölkənizin sağ qalması uğrunda mübarizə apardığınız, bərpası və Aİ-yə gələcək üzvlüyü üçün çalışdığınız bir zamanda biz tam dəstəyimizlə sizin yanınızdayıq”, - deyə o yazıb.
Fon der Lyayen, həmçinin əvvəlki Baş nazir Denis Şmıqalı Ukraynanın yeni müdafiə naziri vəzifəsinə təyinatı münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb:
“Təşəkkürlər, Denis Şmıqal. Müdafiə naziri kimi yeni vəzifənizdə sizə uğurlar arzulayıram”.
Xatırladaq ki, Yuliya Svıridenko Ukraynanın ilk qadın Baş naziri olub.
Töhfə Səməd
tag: Avropa Komissiyası,Ursula fon der Lyayen ,Ukrayna,Yuliya Svıridenko,Todaypress.tv,