Finlandiya: Rusiyadan birbaşa təhlükə yoxdur

Dünya

26.05.2025 11:58

Finlandiya müdafiə naziri Antti Kaikkonen  bəyan edib ki, Rusiya Baltik dənizində hərbi iştirakını artırsa da, ölkəsi üçün birbaşa təhlükə görmür.

TodayPress TV xəbər verir ki, bu barədə “İnterfaks” Finlandiyanın “Yle” tele-radio şirkətinə istinadla məlumat yayıb.

Nazir bildirib ki, Rusiyanın Baltik dənizindəki fəaliyyəti nəzərəçarpacaq dərəcədə artıb. İlk dəfə olaraq Rusiya tankerləri dar Finlandiya körfəzi keçidindən hərbi müşayiətlə ötürür ki, bu da region üçün yeni situasiyadır.

Məlumata görə, Rusiya eyni zamanda Finlandiyanın şərq sərhədi yaxınlığında hərbi kontingentini artırır. Lakin Hakkianen əhalini sakit olmağa çağırıb: 

“Bu dəyişikliklərə və təhlükənin artmasına baxmayaraq, insanlar sakit ola bilərlər”.

Nazir əlavə edib ki, Finlandiya NATO müttəfiqləri və ABŞ administrasiyası ilə sıx əlaqə saxlayır. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp da hazırkı vəziyyətlə bağlı narahatlıq ifadə etməyib.

Qiymət Mahir

tag: Finlandiya ,Antti Kaikkonen,Rusiya ,Baltik ,todaypress.tv,