Finlandiya Rusiya ilə sərhəddə ikinci hasar hissəsini tamamladı

Dünya

25.06.2025 12:13

Finlandiya Rusiya ilə şərq sərhədində yerləşən hasarın ikinci hissəsinin tikintisini başa çatdırıb.

TodayPress TV "Yle"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Sərhəd Mühafizə Xidməti məlumat verib.

Yeni tikilmiş hissə ölkənin şimal-mərkəzində yerləşən Kaynuu bölgəsində yerləşir və təxminən 18 km uzunluğunda səkkiz seqmentdən ibarətdir. Bu, daha əvvəl inşa edilən 35 kilometrlik pilot hissədən sonra ikinci mərhələdir.

Sərhəd hasarı layihəsi Finlandiya parlamenti tərəfindən 2022-ci ildə təsdiqlənib, ümumilikdə Rusiya ilə 1 300 kilometrlik sərhədin 200 kilometrinin bu şəkildə hasarlanması planlaşdırılır. Tikinti işlərinə 2023-cü ildə başlanılıb. Hər bir seqment polad tor hasar, servis yolu, təmizlənmiş bufer zonası və texniki nəzarət sistemi ilə təchiz olunur.

Kaynuu hissəsi əvvəlki – İmatra yaxınlığında yerləşən pilot bölmədən texnoloji baxımdan daha inkişaf etmiş hesab olunur. Yeni texnologiyalar arasında insanla heyvanı ayırd edə bilən süni intellekt əsaslı müşahidə sistemi və uzaqdan səslə əlaqə saxlamağa imkan verən səsgücləndirici sistem yer alır.

Qiymət Mahir

tag: Finlandiya ,Rusiya ,Sərhəd,Hasar,Todaypress.tv,