Finlandiya: Rusiya 3-5 ildən sonra NATO üçün təhlükəyə çevrilə bilər
Dünya
22.05.2025 14:07
Bəzi ölkələrin kəşfiyyat agentlikləri hesab edir ki, Rusiya NATO-nun müdafiəsini sınaqdan keçirmək və ya hətta alyansın ayrı-ayrı üzv ölkələrinə hücum etmək istəyə bilər.
TodayPress TV xəbər verir ki, bunu Finlandiya Müdafiə Qüvvələrinin strateji departamentinin rəhbəri general-mayor Sami Nurmi “Yle” ictimai yayımına müsahibəsində deyib.
"Məhdud qoşun kontingentinin cəmləşməsi çox tez baş verə bilər. Rusiyanın bunu etmək imkanı var. Bunu Ukraynanın timsalında görmək olar" Nurmi deyib.
Onun qiymətləndirməsinə görə, Ukraynada münaqişə bitdikdən sonra Rusiya Silahlı Qüvvələrinin bərpası və qoşunların Finlandiya sərhədlərinə köçürülməsi bir neçə il çəkəcək.
O hesab edir ki, ordunun modernləşdirilməsi daha çox vaxt aparacaq.
Nicat Osman
tag: Finlandiya,Rusiya,NATO,Təhlükə,Todaypress.tv,