Finlandiya Ottava Konvensiyasından çıxır

Dünya

11.07.2025 09:53

Finlandiya Ottava Konvensiyasından çıxmaq qərarı verib və bu addım 2026-cı ilin yanvarında qüvvəyə minəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, konvensiyadan çıxmaq qərarı ölkənin dəyişən təhlükəsizlik şəraiti fonunda müdafiə ehtiyacları ilə bağlıdır:

“Bu addım Finlandiyaya piyada əleyhinə minaları müdafiə vasitələri arsenalına yenidən daxil etməyə imkan verəcək”.

Nazirlik onu da əlavə edib ki, çıxışla bağlı BMT-nin Baş katibi, Təhlükəsizlik Şurası və Konvensiyanın bütün iştirakçı ölkələri məlumatlandırılıb.

Qeyd edək ki, Ottava Konvensiyası piyada əleyhinə minaların istehsalını, istifadə olunmasını və yayılmasını qadağan edir. Finlandiya 2012-ci ildən bu konvensiyanın iştirakçısı idi.

Qiymət Mahir

tag: Finlandiya , Ottava Konvensiyası,BMT,Mina,Todaypress.tv,