Filippində zəlzələ nəticəsində ölənlərin sayı 72-yə çatdı
Dünya
02.10.2025 11:10
Filippində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 72-yə yüksəlib.
TodayPress TV xəbər verir ki, bu barədə "GMA News" məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində 294 nəfər də yaralanıb. Onlar müalicə üçün cənubdakı Sebu şəhərinin xəstəxanalarına yerləşdirilib.
Qeyd edək ki, zəlzələ Sebunun şimal hissəsində baş verib və təxminən 170 min insanın həyatına təsir edib. Onlardan 20 minə yaxını evlərini tərk etməyə məcbur olub. Yerli hakimiyyət bəzi binaların dağılması barədə məlumat verib.
Zəlzələ ilə əlaqədar olaraq əyalətdə fövqəladə vəziyyət elan olunub.
Filippin Frezidenti Ferdinand Markos bildirib ki, dövlət qurumları regionda infrastrukturun bərpası və əhaliyə yardım göstərilməsi istiqamətində çalışır. Eyni zamanda, Yanğından Mühafizə Bürosu axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Türkan İsgəndərli
tag: Filippin,Zəlzələ,Dağıntı,Ölü,Todaypress.tv,
