Ərdoğan: “Bu, Macarıstana verdiyimiz önəmin ən bariz göstəricisidir”

Dünya

21.05.2025 13:31

2

"Türk Dövlətləri Təşkilatı olaraq bir çox çətinlikləri, qərəzləri, maneələri aşmışıq. Geriyə baxdıqda görürük ki, bu gün nümunəvi səviyyədəyik".

TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında deyib. 

Ərdoğan həmçinin, hazırda TDT-nin prezidentliyini davam etdirən Qırğızıstan prezidenti Sadır Japarova da uğurlar arzulayıb.

Zirvənin ilk dəfə müşahidəçi ölkədə keçirilməsinin əhəmiyyətinə işarə edən Ərdoğan, “Təşkilatımızın zirvə toplantısını ilk dəfə müşahidəçi ölkədə keçirməyimiz Macarıstana verdiyimiz əhəmiyyətin ən bariz göstəricisidir” deyə qeyd edib.

Nicat Osman

tag: ƏRdoğan,TDT,iclas,Macarıstan,Todaypress.tv,