Əraqçi: "Tehran və Vaşinqton hələ də nüvə razılaşmasından uzaqdır"

Dünya

30.05.2025 08:45

İran və ABŞ əslində nüvə probleminin həllinə medianın yazdığı kimi yaxın deyillər.

TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Media İranla ABŞ arasında razılaşmanın yaxın olduğu xəbərində həddən artıq azadlıqdan istifadə edir. Biz buna hələ əmin deyilik", - o qeyd edib.

Nazir əlavə edib ki, İran bütün tərəflərin maraqlarına cavab verəcək diplomatik həll yolu axtarır. Bununla belə, onun sözlərinə görə, belə bir həll İrana qarşı sanksiyaların ləğvini və uranı dinc məqsədlər üçün zənginləşdirməyə imkan verən razılaşmanı tələb edir.

Bundan əvvəl "CNN" və bir sıra digər Qərb KİV-i Vaşinqton və Tehranın yaxın gələcəkdə nüvə enerjisi ilə bağlı saziş bağlaya biləcəyi barədə məlumat yayıblar.

Çərşənbə günü ABŞ Prezidenti Donald Tramp da administrasiyasının İranın nüvə problemini həll etməyə çox yaxın olduğunu deyib və İsrail Baş naziri Benyamin Netanyahunu İrana zərbə endirməməyə çağırıb.

tag: Iran, ABŞ, Media, Qərb, Tehran, Vaşinqton,Nüvə, todaypress.tv,